KOMPÜTER VƏ İNGİLİS DİLİ KURSLARINI BİTİRƏNLƏRƏ SERTİFİKATLAR VERİLMİŞDİR
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən aztəminatlı, qaçqın və məcburi köçkün ailələrin uşaqları üçün təşkil edilmiş ödənişsiz kompüter və ingilis dili kurslarını bitirənlərə sertifikatlar verilmişdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, 30 nəfərdən ibarət üç qrupda həftə ərzində 6 saat kompüter və ingilis dili dərsləri keçilmişdir. Kursların maliyyə xərcini ABŞ Dövlət Departamentinin “Miqrasiya və əhali” şöbəsi və Norveç Qızıl Xaç Cəmiyyəti ödəmişdir.