Könüllü gənclərə Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla bağlı təlim keçiriləcək
Bakı, 18 aprel, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının qarşısında duran əsas məsələ son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, biz son 30 ildə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişik. 44 günlük Vətən müharibəsinin nəticələrinin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi də bu məsələnin əhəmiyyətli olduğunu göstərir.
İcma sədri deyib: “Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərə böyük ehtiyac var. Bu məqsədlə könüllü gənclərə Qərbi Azərbaycan həqiqətlərini yaymaq, dünya ictimaiyyətinə çatdırmaqla bağlı təlim keçiriləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:37]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]