Konyada keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimləri uğurla davam edir
Konya, 29 iyun, AZƏRTAC
Türkiyənin Konya şəhərində müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, təlimlərin məqsədi Türkiyə və xarici aviasiya birliklərinin ortaq hərəkət etmək imkan və qabiliyyətlərini inkişaf etdirmək, birliklər arasında qarşılıqlı dəstəyin artırılması, yeni texnika və taktikaların öyrənilməsidir.
İyunun 30-da təlimlərin keçirildiyi məkanda jurnalistlər üçün brifinqin təşkil olunması nəzərdə tutulur.
Xatırladaq ki, iyunun 21-də start götürən taktiki-uçuş təlimlərində Azərbaycan, Pakistan, Qətər və NATO ilə yanaşı, Türkiyə Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Dəniz Qüvvələrinin pilotları da iştirak edirlər.
Təlimlərə iyulun 2-də yekun vurulacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]