Kopenhagen Universitetinin professoru: Gələcəkdə tibb sahəsində böyük dəyişikliklər baş verəcək
Bakı, 19 dekabr, Aytac Haqverdiyeva, Səfiyar Məcnun, AZƏRTAC
Gələcəkdə tibb sahəsində böyük dəyişikliklər baş verəcək. Artıq süni intellekt həyatımızda aktiv iştirakçıya çevrilib və yaxın gələcəkdə bir çox müalicələr, diaqnostik araşdırmalar və tibbi proseslər süni intellekt vasitəsilə həyata keçiriləcək.
Bunu AZƏRTAC-a müsahibəsində Danimarka Krallığının Kopenhagen Universitetinin professoru Məsud Aşina deyib.
O qeyd edib ki, Azərbaycanda Qafqaz regionunda ilk ürək transplantasiyasının uğurla icra edilməsi əslində böyük bir nailiyyətdir.
“Müasir tibdə əməkdaşlıq çox önəmlidir. Xüsusilə ölkələr və universitetlər arasında əməkdaşlıq vacibdir, çünki müasir tibb birgə fəaliyyətə söykənir və əməkdaşlıq olmadan irəliləyiş əldə etmək mümkün deyil. Bu səbəbdən universitetlər arasında kadr mübadiləsi və təcrübə paylaşımı xüsusi əhəmiyyət daşıyır”,- deyə professor vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]