KOPENHAGENDƏ AZƏRBAYCANLA TANIŞLIQ GÜNÜ KEÇİRİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 3-də Kopenhagen şəhərində Danimarkanın Əcnəbilərlə İş üzrə Mərkəzində Azərbaycanla tanışlıq günü keçirilmişdir. “Vətən” cəmiyyətinin sədri Səfər Sadiq bildirmişdir ki, tədbirdə Norveçdə yaşayan azərbaycanlı bəstəkar Qalib Məmmədovun və pianoçu Sevda xanımın ifasında klassik Avropa musiqisindən seçmələr səsləndirilmişdir. Qalib Məmmədov yeni bəstələdiyi “Pərvanə” və “Internasional” musiqi nömrələrini də ifa etmişdir.
Tədbir çərçivəsində Danimarkada yaşayan gənc rəssam Nərgiz Məmmədovanın rəsmlərinin sərgisi təşkil olunmuşdur.
Qonaqlar “Vətən” cəmiyyətinin hazırladığı Azərbaycan milli yeməkləri və şirniyyat süfrəsinə qonaq edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]