KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB Lİ MEN BAKA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri bu gün uğurla inkişaf edir. Əminəm ki, əməkdaşlığımızın daha geniş məcrada həyata keçirilməsi istiqamətində səylərimiz bundan sonra da birgə işimizə öz müsbət təsirini göstərəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 iyul 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]