Kosovonun Şimali Mitrovitsa bələdiyyəsində türk dili rəsmi dil olub
Belqrad, 31 mart, AZƏRTAC
Kosovonun şimalındakı Şimali Mitrovitsa bələdiyyəsində türk dilinə rəsmi istifadədə olan dil statusu verilib.
AZƏRTAC xəbər verir ki, daha çox serblərin yaşadığı bölgədə bələdiyyə şurası türk dilinin rəsmi istifadədə olan dil kimi qəbul olunmasına dair qərarı səs çoxluğu ilə qəbul edib.
Türk dili əsrlərdir Kosovoda ənənəvi dil olaraq istifadə olunur. Bu addım da Kosovonun çoxmillətli və çoxmədəniyyətli bir ölkə olduğunu göstərmək üçün atılıb.
Qeyd edək ki, hazırda türk dili Kosovonun Prizren və Mamuşa bələdiyyələrində rəsmi dil, Priştina, Gyilan, Vyçitirin və Cənubi Mitrovitsa bələdiyyələrində isə rəsmi istifadədə olan dil statusuna malikdir.
Kosovoda təxminən 19 minədək türk yaşayır, təqribən 50 min insan isə türk dilində danışa bilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]