KRASNOYARSKDAN BAKIYA ZİYARƏTƏ
Onlardan biri Rusiya Federasiyasının vətəndaşı, sabiq təyyarəçi Nikolay Moiseyevdir. O, AZƏRTAC-ın müxbirinə demişdir: “Azərbaycan xalqının görkəmli oğluna böyük hörmətim var. Heydər Əliyev 70-ci illərdə respublikanı ittifaq miqyasında tanıdandan sonra onun şəxsiyyətinə marağım artıb. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunanda elə bildim ki, ən doğma adamıma etimad göstəriblər. Hər uğurunu sevinclə, şadlıqla qarşılayırdım. Onun namərdliklə Moskvadan uzaqlaşdırılması qəlbimi göynətdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqınız müdrik qərar qəbul etdi: öz məharətli oğlunu hakimiyyətə qaytardı. Bu gün Azərbaycanın uğurları məni öz ölkəmin uğurları qədər sevindirir. İnanıram ki, həmin uğurlar tarixi şəxsiyyətin yolunu davam etdirəcəyinə söz vermiş cənab İlham Əliyevin sayəsində daha da artacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]