Kreml Ermənistanın Roma statutunu ratifikasiya etmək qərarını düşmənçilik kimi qiymətləndirib
Moskva, 28 sentyabr, AZƏRTAC
Moskva Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasından narazıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin nümayəndəsi qeyd edib ki, Ermənistan Rusiyanın Roma statutunun üzvü olmadığını və Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə order verməsini yaxşı bilir.
Ermənistan hakimiyyətinin Roma statutunu ratifikasiya etmək qərarını düşmənçilik kimi qiymətləndirən D.Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda Ermənistana səfər etməyi planlaşdırmır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]