Kreml: Rusiya Ermənistanın KTMT üzrə mövqeyini aydınlaşdırmaq üçün onunla işləməyə davam edəcək
Moskva, 13 iyun, AZƏRTAC
Rusiya Ermənistanın KTMT üzrə mövqeyini aydınlaşdırmaq üçün onunla işləməyə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Ermənistana gəlincə, biz erməni dostlarımızla işi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq, təbii ki, istənilən halda, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalacağımıza ümid edirik”, –deyə Peskov baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-dən çıxmasının mümkünlüyü barədə bəyanatını şərh edərkən deyib.
O əlavə edib ki, hər bir ölkə öz prioritetlərini müəyyən edir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib: “Bizim prioritetlərimiz yaxşı başa düşülür, biz onları ardıcıl olaraq müdafiə edirik, həmçinin təhlükəsizlik, kollektiv təhlükəsizlik sahəsində bu prioritetləri KTMT-yə üzv ölkələr də bizimlə bölüşür”.
Kremlin nümayəndəsinin sözlərinə görə, yəqin ki, Ermənistan da bunda maraqlıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]