Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Moskva, 17 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə çərşənbə axşamına elan edilən danışıqlarına həqiqətən də hazırlıq görülür.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib: “Bəli, bu, həqiqətən də doğrudur. Belə bir danışıqlar çərşənbə axşamı üçün hazırlanır”.
Bununla yanaşı, Kremlin təmsilçisi iki lider arasında danışıqların məzmununun əvvəlcədən müzakirə olunmayacağını vurğulayıb. “Biz heç vaxt bunu etmirik. Heç vaxt hadisələri qabaqlamırıq. Danışıqlar həqiqətən hazırlanır. Amma bizim anlayışımıza görə, təbii ki, iki prezidentin danışıqlarının məzmunu hər hansı apriori müzakirəsinə məruz qalmır. Ona görə də biz bunu etməyəcəyik”, –deyə D.Peskov qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [16:46]
Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
- 25.04.2025 [16:24]
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
- 25.04.2025 [16:19]
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb
- 25.04.2025 [16:10]
Gürcüstanda sərnişin qatarında yanğın olub
- 25.04.2025 [15:51]
Pakistan Hindistanın şimalındakı hücumda iştirakını inkar edib
- 25.04.2025 [15:33]
İsveçdə yeni vətəndaşlıq alanların sayının xeyli azalacağı gözlənilir
- 25.04.2025 [15:29]
Gürcüstan əhalisinin sayı cüzi artıb
- 25.04.2025 [14:20]