Kreml: Vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir
Moskva, 17 noyabr, AZƏRTAC
Ermənistan-Azərbaycan sərhədində vəziyyəti yalnız Qarabağ barəsində ümumi razılaşmaların yerinə yetirilməsi hesabına sabitləşdirmək olar.
AZƏRTAC xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov son hadisələri şərh edərkən belə fikirlər söyləyib.
Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini davam etdirəcək. D.Peskov deyib: “Hər halda biz ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir. Biz hesab edirik ki, bütün ölkələr, ilk növbədə, öz öhdəliklərinə riayət etməlidir və bu, belə insidentlərin təkrarlanmamasının rəhni olacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]