KRİSTİ HƏRRACINDA KONAN DOYLUN ƏLYAZMALARI 1 MİLYON FUNT STERLİNQƏ SATILDI
Hərraca xəfiyyə Şerlok Holms haqqında əsərlər müəllifinin 3 mindən çox məktubundan, qeyd və əlyazmalarından ibarət 137 lot çıxarılmışdır.
Şerlok Holms haqqında hekayələr toplusundan müəllifin əvvəlcə “Dolaşıq kələf” adlandırdığı “Al rənglərə çalan etüd”ünə çəkilmiş eskizi daha baha qiymətə satılmışdır. ABŞ-dan gəlmiş bir alıcı onun üçün 139 560 funt sterlinq təklif etmişdir.