Kriştiano Ronaldo onuncu dəfə “Ginnesin rekordlar kitabı”na düşüb
Bakı, 3 sentyabr, AZƏRTAC
Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu onuncu dəfə Kriştiano Ronaldo “Ginnesin rekordlar kitabı”na düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli forvard yığma komandada ən çox qol vurmuş futbolçu kimi bu uğura nail olub. Bu münasibətlə futbolçuya xüsusi sertifikat təqdim olunub.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edən Ronaldo Portuqaliya millisində 111-ci qoluna imza ataraq, İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu (109 qol) qırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]