Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kubanıçbek Ömüralıyev: Azərbaycan həmişə türk dövlətləri ailəsinin mərkəzində dayanıb

Bakı, 3 oktyabr, AZƏRTAC

2009-cu il Naxçıvan Sazişinin imzalandığı məkan kimi Azərbaycan həmişə Türk dövlətləri ailəsinin mərkəzində dayanıb. Onun suverenliyinin və ərazi bütövlüyünün bərpası region üçün yeni dövr açıb, sülhü möhkəmləndirib və daha geniş əməkdaşlıq imkanları yaradıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev oktyabrın 3-də qeyd edilən Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə yazdığı “Bişkekdən Qəbələyə qədər: Türk dövlətlərinin nailiyyətləri və perspektivləri” sərlövhəli məqalədə ifadə edib.

Baş katib qeyd edib: “Azərbaycanın böyük nəqliyyat və enerji layihələrində - Cənub Qaz Dəhlizindən tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizədək rolu hamıya məlumdur. Bu təşəbbüslər ticarət yollarını qısaldır, qitələri birləşdirir və qlobal əlaqəyə töhfə verir. Enerji sahəsində əməkdaşlıq başqa bir təməl daşıdır: Azərbaycanın iddialı dəniz külək layihələri və Yaşıl Dəhliz tərəfdaşlığı ölkələrimizin davamlı inkişaf səylərini nümayiş etdirir”.

O vurğulayıb ki, iqtisadi baxımdan rəqəmlər də öz sözünü deyir. Ümumi ÜDM-i 2,1 trilyon dollardan çox olan türk dövlətləri qlobal iqtisadi gücdür. Bir vaxtlar TDT-də təvazökar 3 faizlik ticarət həcmi artıq 7 faizə yüksəlib və böyüməkdə davam edir. İlk dəfə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş Türk Ticarət və Sənaye Palataları İttifaqı və Türk İnvestisiya Fondu kimi mexanizmlər milyonlarla sahibkarı bir araya gətirir və rifahın regionumuzda kiçik və orta sahibkarlığa çatmasını təmin edir.

K.Ömüralıyev yazıb: “2025-ci il oktyabrın 7-də liderlərimiz Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusunda Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünə toplaşacaqlar. Bu sammit rəmzi və tarixi məqam - Azərbaycanın qədim şəhərində tarixlə müasirliyin yaxınlaşması və Azərbaycanın sədrliyi ilə yeni fəslin başlanğıcı olacaq.

Gözləntilər böyükdür, təməllər möhkəmdir. Azərbaycanın strateji mövqeyi, siyasi çəkisi və iqtisadi potensialı onu təşkilatımızı yeni inkişaf mərhələsinə və beynəlxalq arenada daha böyük nüfuz qazanmağa istiqamətləndirir. Cənubi Qafqazda sülhü təşviq edən son Vaşinqton sənədləri ilə bu sammitin mövzusu bütün regionumuz üçün dərin rezonans doğurur. Prezident Əliyev dediyi kimi: “Türk Dövlətləri Təşkilatı bizim fundamental beynəlxalq təşkilatımızdır. O, bizim ailəmizdir. Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”. Bişkekdən Qəbələyə və ondan çox-çox uzaqlara səyahətimizi müəyyən edən də məhz bu ailə ruhu və taleyimizdir. TDT bundan sonra da birliyi möhkəmləndirəcək, əməkdaşlığı dərinləşdirəcək, regionumuzda və dünyada sülh və tərəqqi üçün güc kimi xidmət edəcəkdir”.

TDT-nin Baş katibi daha sonra qeyd edib ki, türk dövlətlərinin liderləri 2024-cü ilin noyabrında Bişkekdə “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” mövzusunu müzakirə ediblər. “Sonrakı il görünməmiş fəallıq dövrü oldu. Belə ki, 120-dən çox yüksəksəviyyəli görüş və tədbir keçirilib, bu, əməkdaşlığın əhatə dairəsini genişləndirib və dialoq üçün yeni mexanizmlər yaradıb. Onların arasında 2025-ci ilin sentyabrında Bişkekdə keçirilən TDT ölkələri hökumət başçılarının ticarət, investisiya, enerji, kənd təsərrüfatı və rəqəmsallaşmaya həsr olunmuş tarixi ilk görüşü olub. Görüşün yekununda Birgə Bəyanat qəbul edilib. Qeyd edək ki, bu görüş son vaxtlar təşkilatın fəaliyyətinin artması və prezidentlərin sammitlərdə qəbul etdikləri qərarların operativ və effektiv şəkildə həyata keçirilməsi zərurətinə cavab olaraq çağırılıb. Bu, təşkilatımızın iqtisadi dayaqlarını gücləndirəcək ənənənin başlanğıcını qoyub”, - deyə o vurğulayıb.

K.Ömüralıyev diqqətə çatdırıb ki, sektor müşavirələri bu təkanı daha da gücləndirib. İlk dəfə olaraq Türk Dünyası Sığorta Birliyinin təsis edilən Yaşıl Maliyyə Şurası və Assambleyası ilə yanaşı, mərkəzi banklar, maliyyə kəşfiyyatı birlikləri, müdafiə sənayesi qurumları və Əqli Mülkiyyət agentlikləri xüsusi toplantılar keçirib. Həmçinin Mərkəzi Seçki orqanları üçün yeni Məsləhət Platforması (APCEA) yaradılıb.

Onun sözlərinə görə, ənənəvi görüşlər yeni ideyalarla zənginləşir və öz əhəmiyyətini saxlamaqda davam edir. 2025-ci ilin iyun ayında TDT ölkələrinin kənd təsərrüfatı nazirləri Çolpon-Atada bir araya gələrək Birgə Kommünike və kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün Strateji Yol Xəritəsini qəbul ediblər. Çolpon-Ata 2025-2026-cı illər üçün Türk dünyasının Kənd Təsərrüfatı Paytaxtı seçilib və Türk Sahibkarlarının Aqroforumu rəsmilərini, biznes liderlərini və investorları yeni layihələri müzakirə etmək üçün bir araya gətirib.

Məqalədə qeyd olunub ki, Cəlal-Abad Türk dünyası Turizm Mərkəzi olaraq seçilib və sentyabr ayında regional görməli yerləri nümayiş etdirən və tərəfdaşlığı gücləndirən böyük Beynəlxalq Turizm Forumuna ev sahibliyi edib. Özbəkistanda keçirilən ilk Türk Xizəkçilik Kuboku və Azərbaycanın "Şahdağ" Turizm Mərkəzində təşkil edilən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti qış turizminin inkişafına təkan verib. “Vahid xizək bileti”, “Ortaq muzey bileti” və “Türk kimliyi” kimi təşəbbüslər üzv dövlətlər arasında səyahəti asanlaşdırır və daha əlçatan edir.

Təşkilatın Baş katibi diqqətə çatdırıb ki, dövlət idarəçiliyi və təhlükəsizlik məsələləri də fəal şəkildə müzakirə olunur. İssıkkulda insan resurslarının inkişafı üzrə agentliklərin rəhbərlərinin görüşləri, Bişkekdə isə müsəlmanların dini idarələri və Təhlükəsizlik şuraları katiblərinin bir araya gəldiyi iclaslar keçirilib.

TDT-nin qlobal miqyasda nüfuzunun artması məsələsinə toxunan Baş katib qeyd edib: “Bu baxımdan, 2025-ci il mayın 21-də Budapeştdə keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü mühüm mərhələ oldu. İlk dəfə belə bir görüş Avropada, təşkilatda müşahidəçi statusuna malik dövlətin ərazisində keçirilib. Orada qəbul edilən Budapeşt Bəyannaməsi iqtisadi inteqrasiya, rəqəmsal inkişaf və təhlükəsizlik sahəsində yeni yol xəritəsini müəyyən etdi. TDT həm də daha fəal beynəlxalq tərəfdaşa çevrilib. Dövlət başçılarının tapşırığı əsasında biz Cenevrə, Vyana, Brüssel, Paris və Nyu-Yorkda iri təşkilatlarla dialoqu genişləndirmişik. Bu ilin diqqətəlayiq hadisələrindən biri də Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNİDO) və Türkiyənin Elmi və Texnologiya Araşdırma Qurumunun (TÜBİTAK) birgə təşkilatçılığı ilə İstanbulda keçirilən “Cleantech Days 2025” tədbiri olub.

Bu forum hökumətləri, sahibkarları və innovatorları təmiz texnologiyalar nümayiş etdirmək, kiçik və orta müəssisələri dəstəkləmək və regional əməkdaşlığın qlobal yaşıl keçidə necə təkan verə biləcəyini araşdırmaq üçün bir araya gətirdi. Müzakirələr aydın həqiqəti vurğuladı: TDT təkcə regional aktor deyil, həm də bütün bəşəriyyəti narahat edən problemlərin həllinə töhfə verən təşkilatdır. Bu impuls təşkilatımızın missiyasını və nailiyyətlərini qlobal səhnədə təqdim etmək üçün bu dəfə Vyanada keçirilən 2-ci “Türk Həftəsi” kimi yeni təşəbbüslərlə davam edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib