Kubanıçbek Ömüralıyev: Türk dünyasında ailə hər zaman müqəddəs hesab olunub
Bakı, 12 iyun, AZƏRTAC
Türk dövlətləri yaşıl iqtisadiyyat, turizm, təhlükəsizlik, ekoloji layihələr və bir çox digər sahədə birgə fəaliyyətlərini genişləndirməyə davam etməlidir. Bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsi bölgəmizin davamlı inkişafı və rifahı baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən nazirlərin görüşündə deyib.
O qeyd edib ki, bu əməkdaşlığın əsasında duran dəyərlərdən biri də ailə institutuna verilən önəmdir. Türk dünyasında ailə hər zaman müqəddəs hesab olunub. Nəsillər boyunca yaşlı insanlara hörmət, ailədaxili həmrəylik və qarşılıqlı məsuliyyət türk dövlətlərinə miras qalan ən ali dəyərlərdəndir. Müasir çağırışlar fonunda bu anlayışı qorumaq və gələcək nəsillərə ötürmək isə əsas vəzifələrdən biridir.
“Bugünkü tədbir bu sahədəki sosial gündəliyimizin və birgə öhdəliklərimizin təsdiqidir. Ötən il Türkiyədə keçirilən görüşdən bu günə qədər sosial siyasət sahəsində xeyli irəliləyiş əldə olunub. Əhəmiyyətli nəticələrə imza atmışıq. Lakin etiraf etməliyik ki, bəzi icra məsələləri hələ də tam həllini tapmayıb. Əminəm ki, bu görüşdən sonra qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha sistemli və intensiv fəaliyyətlər həyata keçiriləcək”, - deyə Baş katib vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]