Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti oktyabrın 29-u gündüzdən 30-u gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [17:18]
AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 27.09.2026 [12:01]
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
- 27.09.2026 [11:53]