Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bakı, 12 iyun, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 75 kiloqram 875 qram narkotik vasitə (48 kq 875 qram marixuana, 17 kq heroin, 8 kq metamfetamin, 2 kq tiryək) və 2 min ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [16:24]
Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub
- 07.08.2026 [15:46]
Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib
- 07.08.2026 [15:23]
Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO
- 07.08.2026 [15:05]
Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi
- 07.08.2026 [14:50]