“KÜR” - YEVLAXDA QURUCULUQ İŞLƏRİNİN SALNAMƏSİ
AZƏRTAC-ın müxbiri çıxışı müşavirə iştirakçılarında dərin maraq doğuran təcrübəli jurnalist Əminə Yusifqızından müsahibə almışdır.
Əminə Yusif qızı Əhmədova 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1976-cı ildən Yevlaxda çıxan “Təşəbbüs” (indiki “Kür”) qəzetində ədəbi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən “Kür” qəzetinin redaktorudur. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə “Qızıl qələm” (1970-ci il), iki dəfə H.B.Zərdabi adına (1993-cü və 2001-ci illər), Məhsəti Gəncəvi adına (1995-ci il) mükafatlarına layiq görülmüşdür. 1991-ci ildən respublikanın əməkdar jurnalistidir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
-Əminə xanım, 31 ildir ki, “Kür” qəzetinin redaksiyasında çalışırsınız. Redaktoru olduğunuz qəzet obyektiv mövqeyi, maraqlı yazıları ilə təkcə bölgədə deyil, respublikamızda da hörmət qazanmışdır. Qəzetinizin keçdiyi yol və onun bugünkü fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirəm.
-Ötən il “Kür”ün 70 yaşını qeyd etdik. Qəzetimizin ilk sayı 1935-ci il martın 6-da “Yeni Yevlax” adı ilə işıq üzü görmüşdür. 1962-ci ilin iyun ayında Qasım İsmayılov (indiki Goranboy), Mingəçevir və Yevlax rayonları birləşəndən sonra qəzet “Qələbə”, bir müddət sonra isə “Mübariz” adları ilə nəşr olunmuşdur. Üç il sonra bu rayonlar ayrılmış, Yevlaxda “Təşəbbüs” qəzeti fəaliyyətə başlamışdır.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra “Təşəbbüs” qəzetinin fəaliyyətinə xitam verilmiş, nəhayət, 1992-ci il yanvarın 1-dən “Yeni Yevlax”ın sələfi kimi “Kür” qəzeti nəşrə başlamışdır. Qeyd edim ki, hansı adla çıxmasından asılı olmayaraq, bu qəzeti, sözün əsil mənasında, Yevlax rayonunun keçdiyi tərəqqi və yüksəliş yolunun salnaməsi adlandırmaq olar. İndi saralmış qəzet bağlamalarını vərəqləyib rayonumuzun tarixinin müxtəlif məqamlarını əks etdirən yazıları maraqla oxumaq olar.
Bu yazılar arasında ulu öndərimiz Heydər Əliyevin Yevlaxa tarixi səfərlərini əks etdirən materiallar qəlbimizdə dərin iftixar hissi doğurur.
“Kür” Yevlax Şəhər İcra Hakimiyyətinin qəzetidir. Təsisçimiz – şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin yaxından köməyi ilə qəzet region mətbuatı içərisində ən yüksək tirajla – 5 min nüsxə ilə çıxır. Qəzetin 12 nəfər işçisi, onlarla ictimai müxbiri vardır. “Qızıl qələm” mükafatına layiq görülən “Kür” Azərbaycan Mətbuat Şurasının üzvüdür. Şəhər icra hakimiyyəti redaksiyaya “Qaz-31” markalı minik avtomobili, müasir kompyuterlər, diktafonlar, rəqəmsal fotoaparat bağışlamışdır. Sözün qısası operativ, məhsuldar və səmərəli çalışmaq üçün bizə hər cür şərait yaradılmışdır.
-Siz qəzetinizi rayonun inkişaf yolunun salnaməsi adlandırdınız və qeyd etdiniz ki, Yevlax bu gün quruculuq meyadanına çevrilmişdir...
-Bu həqiqətən belədir. Son iki ildə şəhərimizin sənaye potensialının gücləndirilməsi, yeni müəssisələrin yaradılması sahəsində çox böyük işlər görülmüşdür. Məsələn, Xanabad kəndi ərazisində ildə 30 milyon ədəd kərpic istehsal edən zavod, 700 nəfərin çalışdığı “Lalə-tekstil” Məhdud Məsuliyyətli Cəmiyyət, makaron sexi, çörək zavodu istifadəyə verilmişdir. Geniş yenidənqurma işləri görülmüş “Qida” Məhdud Məsuliyyətli Müəssisədə müxtəlif növ məhsullar istehsal edən yeni sexlər yaradılmışdır. Son iki ildə 4400-dən çox yeni iş yeri açılmışdır ki, bunun da 2292-si daimidir.
Bu gün yolu Yevlaxa düşənlər şəhərdə baş verən yeniliklərdən, sözün əsil mənasında, heyrətlənirlər. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospekt yenidən qurulmuş, burada ulu öndərin möhtəşəm abidəsi ucaldılmışdır. Şəhərdə Heydər Əliyev muzeyi və ulu öndərin adını daşıyan xiyaban yaradılmış, tarix-diyarşünaslıq muzeyi istifadəyə verilmiş, uzun illərdən bəri istifadəsiz qalan “Azərbaycan” kinoteatrının binası əsaslı təmir edilmiş, ümummilli liderin adını daşıyan saray tikilmişdir. Tarixi şəxsiyyətlərimizin adı verilmiş 10 park salınmış, 16 fəvvarə inşa edilmiş, 15 heykəl qoyulmuşdur. Qarabağ müharibəsi əlilləri üçün 20 mənzilli yaşayış binası tikilmişdir. Avropa standartlarına cavab verən 5 min yerlik stadion şəhərin ən möhtəşəm qurğusudur. Burada idmançılar üçün hər cür şərait yardılmışdır. Bundan əlavə, yeni idman bazası istifadəyə verilmişdir. Bütün bunlar haqqında “Kür”ün səhifələrində operativ, əhatəli materiallar verilmişdir. Qəzetimiz müasir Yevlaxın həyatının bütün sahələrini diqqətdə saxlamağa çalışır. Bu işdə nəyə nail olduğumuzu oxucularımız daha yaxşı bilirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [21:38]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:21]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [21:20]
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
- 14.10.2026 [20:39]
Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir
- 14.10.2026 [20:33]
Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub
- 14.10.2026 [20:30]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:22]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [20:20]
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub
- 14.10.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [20:00]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [19:57]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [19:41]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [19:29]
Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib
- 14.10.2026 [19:24]
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO
- 14.10.2026 [19:08]
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO
- 14.10.2026 [19:04]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [19:03]
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [19:02]
AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 14.10.2026 [18:58]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:56]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [18:55]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [18:44]
Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur
- 14.10.2026 [18:35]
Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir
- 14.10.2026 [18:30]
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
- 14.10.2026 [18:20]
Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ
- 14.10.2026 [18:16]
® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 14.10.2026 [18:16]
ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib
- 14.10.2026 [18:12]
Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 14.10.2026 [18:07]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [18:00]
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:59]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [17:52]