KÜR ÇAYI BİR NEÇƏ BƏNDİ DAĞITMIŞDIR
Sabirabad, 19 may (AZƏRTAC). Mayın 18-də axşam saat 8 radələrində Sabirabad rayonun Çığırğan kəndində Kür çayı bəndi dağıtmışdır. Bəndin yardığı yerdən su kəndə doğru irəliləsə də, əlavə mühafizə bəndinin möhkəmləndirilməsi hesabına hələlik onun qarşısını almaq mümkün olmuşdur.
Bununla bərabər, rayonun Azadkənd kəndi istiqamətində, son məlumata görə isə, həm də Saatlının Fətəlikənd kəndində bənd yarılmışdır.
Hər üç kənddə əhalinin köçürülməsinə başlanmışdır. Fövqəladə Hallar Nazirliyinin ayırdığı maşınlarla əhali Şirvan şəhərindəki çadır düşərgələrinə daşınır. Köçürülən əhali müvəqqəti olaraq burada yerləşdiriləcəkdir.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirmişdir ki, Kür Hacıqabul rayonunun Ağacanlı kəndi istiqamətində də bəndi dağıtmışdır. Burada respublikanın ikinci böyük gölü olan Hacıqabul gölü yerləşir. Yəqin ki, göldən təbii su anbarı kimi istifadə etmək lazım gələcəkdir. İndi bütün cəhdlər Ağacanlıda bəndin dağıldığı yerdən suyun Hacıqabul gölü tərəfə istiqamətləndirilməsinə yönəlmişdir. Göldə əlavə bəndlər qurulacaqdır və bunun hesabına buradan təbii su anbarı kimi istifadə etmək mümkün olacaqdır.
Hazırda Ağacanlı kəndində Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin canlı qüvvələri və texnikası bəndin bərpası istiqamətində iş aparır, əlavə bəndlər çəkirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]