Kür çayında suyun səviyyəsi azalmışdır
Bakı, 14 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 30-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 60 faizini təşkil etmişdir.
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 santimetr azalma qeydə alınmışdır. Məntəqədə su sərfi saniyədə 129 kubmetr olmuşdur.
Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 393, Şirvanda 272, Salyanda 278, Bankədə 229, Araz çayının Novruzlu məntəqəsində isə 143 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]