KÜR ÇAYININ DAŞMASI SALYANDA CİDDİ FƏSADLAR YARADIR
Salyan, 3 may (AZƏRTAC). Son 10 gündə yağıntıların intensivləşməsi nəticəsində Kür çayının səviyyəsi 1,7 metrədək qalxmış, çay boyu ərazilərdə qrunt suları üzə çıxmışdır.
Salyan şəhərində, rayonun Çuxanlı, Babazənən, Qaraçala və digər kəndlərində 500-dək fərdi evin həyətini qrunt suları basmışdır. Bəzi yerlərdə suyun səviyyəsi 50-60 santimetrə çatmışdır.
Yaranmış ekoloji gərginliyin aradan qaldırılması üçün bölgəyə Fövqəladə Hallar Nazirliyinin əlavə mobil qüvvəsi gətirilmişdir. Daşqın zolağında 10-a yaxın iritutumlu su nasosu fasiləsiz işləyir. Artıq 200-dək həyət və məhəllə qrunt suyundan təmizlənmişdir.
Rayon fövqəladə hallar komissiyasının məlumatına görə, daşqın nəticəsində kərpicdən tikilmiş 5 ev uçmuş, 30-dan artıq ev qəzalı vəziyyətə düşmüş, 200 hektaradək əkin sahəsi ziyan çəkmişdir. Yerli icra orqanları əhalinin, idarə və müəssisələrin imkanlarını daşqının törətdiyi fəsadların aradan qaldırılmasına yönəltmişdir. Həyətlərdə sakinlərə məxsus 200-dək su nasosu işə salınmışdır. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yerli bölmələri sahil bəndlərinə nəzarəti gücləndirərək 2 min metrlik məsafədə əlavə sahilbərkitmə tədbirləri görmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]