Kür və Araz çaylarında keçirilən monitorinqin nəticələri açıqlanmışdır
Bakı, 22 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının ikinci ongünlüyü üçün növbəti monitorinq keçirmişdir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayında suyun sərfi may ayının birinci ongünlüyünə nisbətən 141 kubmetr/saniyə azalaraq 459 kubmetr/saniyə təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və çirkab sularının təsiri nəticəsində çayda biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri Şıxlı-2 məntəqəsində, Ağstafaçay su anbarında yol verilən qatılıq həddini keçmişdir. Araz çayının Horadiz, Birinci Şahsevən, Bəhramtəpə məntəqələrində də eyni hal müşahidə edilmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]