Kür və Araz çaylarında suyun səviyyəsi normadadır
Bakı, 17 iyun (AZƏRTAC). Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-165, Lənkəran-Astarada 90-210, Kiçik Qafqazda 70-100, Naxçıvan MR çaylarında isə 104 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 427 kubmetr, yəni ongünlük normanın 72,3 faizini təşkil edir.
Suyun səviyyəsi Kürün Surra məntəqəsində 686, Şirvanda 596, Salyanda 578, Bankədə 359, Araz çayının Novruzlu məntəqəsində isə 425 santimetr olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]