Kür və Araz transsərhəd çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub
Bakı, 12 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarında yanvar ayının birinci ongünlüyü üçün apardığı monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3, Ağstafaçayda 2, Ağstafaçay su anbarında isə 3.1 dəfə yol verilən qatılıq həddini keçib.
Fenolların Araz çayı üzrə Horadizdə və Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 2.5 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib.
Bütün məntəqələrdə mis birləşmələrinin norma daxilində tərəddüd etdiyi, suyun oksigen rejiminin isə 5.73-8.80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]