Kür və Araz transsərhəd çaylarında monitorinqin nəticələri açıqlanmışdır
Bakı, 14 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının birinci ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədi ilə monitorinq keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqin nəticələrinə görə, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri Ağstafaçay su anbarında da yol verilən qatılıq həddini keçmişdir.
Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhramtəpə məntəqələrində də müşahidə olunmuşdur.
Suyun oksigen rejiminin isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]