Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Bakı, 24 aprel, AZƏRTAC
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərdən ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:20]
Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”
- 16.10.2026 [15:44]
“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib
- 16.10.2026 [15:36]