Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin sayı 150-yə çatıb
Füzuli, 24 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli şəhərində inşa edilən və Qazax xalqının hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlərin sayı artaraq 150-yə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il martın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə istifadəyə verilən Yaradıcılıq Mərkəzi 2024/2025-ci tədris ilindən qapılarını müəllim və şagirdlərin üzünə açıb.
Bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağı kimi xüsusi əhəmiyyət daşıyır. Mərkəz mart ayında 25 şagird və 5 müəllimlə fəaliyyətə başlamışdısa, hazırda şagirdlərin sayı 150-yə, müəllimlərin sayı isə 10-a çatır. Burada uşaqların incəsənətin sirlərinə yiyələnməsi üçün lazımi şərait yaradılıb. Hazırda fortepiano, qanun, qarmon, tar, violin, rəqs, xalçaçılıq, muğam ifaçılığı və digər ixtisaslar üzrə tədris həyata keçirilir.
Qeyd edək ki, hazırda Füzuli şəhərində 822 ailə olmaqla, 3132 nəfərin məskunlaşması təmin edilib.
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzindən hazırlanan reportajla buradan tanış ola bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [14:44]
Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir
- 04.06.2026 [13:47]
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
- 04.06.2026 [13:04]
Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:39]