KÜRÜN DELTASI LİLDƏN TƏMİZLƏNİR
Nəhəng “İnam” gəmisi Kür çayı deltasının 500 metrlik məsafəsini qalın lil qatından təmizləyərək irəliləyib. Deltanın digər qütbündəki 9 ekskavator isə Xəzər istiqamətində 1500 metr məsafə qət edib. Azərenerji tikinti-quraşdırma idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, onlar deltanın 8 kilometrinin lildən təmizlənməsi nəzərdə tutulan Dövlət proqramını vaxtında yerinə yetirmək üçün bütün qüvvələri səfərbərliyə alıb.