Azərbaycan Dövlət İnformasiya Agentliyi

Küveytdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Xalqımızın müstəqillik tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə Azərbaycanın Küveytdəki səfirliyində bu ölkədə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizin, həmçinin Küveyt vətəndaşlarının iştirakı ilə anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə səfir Elxan Qəhrəman çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnikanın Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox rayonuna yeridildiyini, dinc əhalinin xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə divan tutulduğunu, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə silahsız insanın, o cümlədən yaşlılar, qadınlar və uşaqların qətlə yetirildiyini, yaralandığını, itkin düşdüyünü diqqətə çatdırıb. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunların təkcə paytaxtda 130-dan artıq mülki şəxsi amansızcasına öldürdüyü, 600-dən çox adamın yaralandığı, ölçüyəgəlməz dağıntılar törədildiyi barədə məlumat verib. Sovet imperiyasının bu cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək verdiyini, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımları baş verdiyini, torpaqlarımızın 20 faizinin zəbt edildiyini, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhalinin zorla qovulduğunu, bir milyondan çox soydaşımızın öz doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

Faciənin ertəsi günü ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etməsi, Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması xüsusi vurğulanıb. Eyni zamanda, hazırda Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşıldığı, onların ailələrinə xüsusi diqqət və qayğı göstərildiyi diqqətə çatdırılıb.

Tədbirdə 20 Yanvar, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bununla yanaşı, səfirliyin foyesində 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostend təşkil olunub, faciə haqqında film nümayiş etdirilib. Eyni zamanda, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanatları, habelə səfirliyin məlumatı Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.

Bununla yanaşı, bu ölkənin “Əl-Nahar” qəzetinin 18 yanvar, “Dasmannews” elektron qəzetinin 17 yanvar, eyni zamanda “Kuwait Press” elektron qəzeti, “Əl-Vasat”, “Əl-Cəridə” və “Əl-Qabas” qəzetlərinin 20 yanvar tarixli buraxılışlarında “Azərbaycanın Küveytdəki Səfirliyi tərəfindən 20 yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsi anıldı” və “Azərbaycan səfirliyi sovet təcavüzü nəticəsində həlak olmuş şəhidlərin xatirəsini andı” başlıqları altında səfir Elxan Qəhrəmanın məqalələri dərc edilib. Məqalələrdə 1990-cı ilin yanvar ayının 20-də keçmiş Sovet ordusunun əsgərləri və qüvvələri tərəfindən doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış Azərbaycan xalqına qarşı insanlıq əleyhinə qatı cinayətin törədildiyi, bu faciə ilə beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu, Bakı şəhərində xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər nəticəsində 137 nəfərin qətlə yetirildiyi, 700 nəfərdən çox insanın yaralandığı, 200 mənzilin dağıdılaraq yandırıldığı, 800-dən çox insanın qanunsuz həbs edildiyi qeyd olunub. Bildirilir ki, 20 Yanvar hadisələri zamanı şəhid olanların xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Yazılarda, həmçinin 1988-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistanın tərkibinə daxil edilməsi istiqamətində ciddi cəhdlər göstərdikləri vurğulanıb.

Bundan başqa, məqalələrdə erməni təcavüzünü pisləyən və erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən BMT və İƏT tərəfindən bir sıra qətnamələrin qəbul edildiyi bildirilərək, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması üçün ölkəmizin ədalətli mövqeyini və davamlı səylərini dəstəkləməyə çağırıldığı qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub