Azərbaycan Dövlət İnformasiya Agentliyi

Küveytdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 13 dekabr, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının iyirminci ildönümündə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində anım mərasimi təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Küveytdə yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, Küveyt ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan türkdilli dövlətlərin vətəndaşları iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş nitq söyləyib. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib və böyük liderin anadan olmasının 100 illiyi bütün ölkə ərazisində və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub. Diplomat 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəldiyi vaxtda ölkənin vətəndaş müharibəsi ərəfəsində olduğunu, torpaqlarımızın işğal edildiyini, ölkədə hərc-mərcliyin hökm sürdüyünü, habelə iqtisadiyyatın tənəzzülə uğradığını və hakimiyyət uğrunda mübarizə getdiyini, lakin onun uzaqgörənliyi və əzmi sayəsində Azərbaycanın bu çətin sınaqlardan çıxdığını və sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.

E.Kərimov vurğulayıb ki, Ümummilli Lider xalqımızın başına gətirilən 20 Yanvar və Xocalı soyqırımı kimi faciələrə hüquqi-siyasi qiymət verilməsində müstəsna rol oynayıb. O, Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın hərtərəfli inkişafının əsasını təşkil edən neft strategiyasının bu gün də uğurla həyata keçirildiyini və Azərbaycanın hal-hazırda dünyaya təkcə neft deyil, eyni zamanda, təbii qaz ixrac edən etibarlı tərəfdaş kimi tanındığını söyləyib.

Diplomat Ulu Öndərin siyasətinin uğurlu davamı olaraq Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi nəticəsində 30 illik həsrətdən sonra Qarabağ torpaqlarının işğaldan azad edilməsindən çox şad olduğumuzu dilə gətirərək, Heydər Əliyev irsinin, zəngin mədəniyyətimizin təbliğində və tarixi abidələrimizin bərpasında mühüm rol oynayan, eləcə də dünya mədəniyyətinin bir sıra incilərinin təmir və bərpasında iştirak etməklə humanitar diplomatiyaya rəhbərlik edən Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da misilsiz xidmətlərini qeyd edib və Fondun geniş fəaliyyət sahəsinə malik olduğunu, ölkəmizdə təhsil və səhiyyə sahələrinin də inkişafına böyük töhfələr verdiyini bəyan edib.

Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycanla İslam ölkələri arasında əlaqələrin qurulmasında və inkişaf etdirilməsində müstəsna rol oynadığı barədə iştirakçılara məlumat verib. O bildirib ki, 1994-cü il dekabrın 13-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev İslam Konfransı Təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Mərakeşdə səfərdə olarkən Küveyt Əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabahla görüşüb və bununla da iki ölkə arasında əlaqələrin bünövrəsi qoyulub. Səfir dövlət başçıları arasında daha sonra 1995-ci ilin mart ayında Kopenhagendə və həmin ilin oktyabr ayında ABŞ-da səmimi görüşlərin baş tutduğunu və müzakirələr aparıldığını diqqətə çatdıraraq, Küveyt Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin ilk illərində azərbaycanlı qaçqınlara humanitar yardımlar göndərdiyini və Azərbaycanda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsində iştirak etdiyini bildirib. O, Azərbaycan Respublikası və Küveyt Dövləti arasında həm ikitərəfli əsasda, həm də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, OPEC+ kimi təşkilatlar çərçivəsində yaxından əməkdaşlığın mövcud olduğunu dilə gətirib.

Həmçinin səfir 2024-cü ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olacağını və bununla bağlı bir sıra qarşılıqlı səfərlərin həyata keçiriləcəyini, habelə səfirlik tərəfindən təntənəli tədbirin təşkil olunacağını bildirib.

Diplomat işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq və bərpa işləri aparıldığını və Prezident İlham Əliyevin bu il oktyabr ayınının 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunda 22 min insanın Füzuli rayonunda yaşayacağını, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın məskunlaşacağını söylədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək Azərbaycanın müstəqillik əldə etməsindən sonra Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 1993-cü ildə diaspor quruculuğu işində əsaslı dönüşün yaranması, onun bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşü, onların problem və qayğıları ilə maraqlanması, soydaşlarımızı yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırması barədə iştirakçılara məlumat verib. O, dünyanın hər bir guşəsində formalaşmış Azərbaycan diasporunun məhz Heydər Əliyevin diaspor quruculuğu siyasətinin bəhrəsi olduğunu bildirib. K.Hacızadə Ümummilli Lider Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanının Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olduğunu vurğulayıb.

Tədbirin sonunda Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyev barədə sənədli film nümayiş olunub.

Bununla yanaşı, səfirliyin yerli media ilə fəaliyyəti çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə məlumatlar Küveytin ərəbdilli "Bobiannews.net”, “Dasman news” və “q8-press.com” elektron xəbər portallarında və həmin KİV-lərin sosial şəbəkələrində geniş işıqlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir