KXDR: ABŞ-ın fəaliyyəti Koreya yarımadasını nüvə müharibəsinə doğru aparır
Bakı, 26 iyun, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyi yanında Amerika Araşdırmaları İnstitutunun məruzəsində qeyd olunur ki, Birləşmiş Ştatların aqressiv fəaliyyəti, o cümlədən Cənubi Koreya ilə təlimlər keçirməsi Koreya yarımadasını nüvə münaqişəsinə sürükləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi Amerika Araşdırmaları İnstitutunun hesabat məruzəsinə istinadla məlumat yayıb. Qeyd olunur ki, onsuz da vəziyyətin sabit olmadığı Koreya yarımadasında və Şimal-Şərqi Asiyada ABŞ-ın aqressiv fəaliyyəti hərbi gərginliyi artırıb, qeyd olunan ərazilər nüvə müharibəsinin astanasındadır. Hesabatda vurğulanıb ki, ABŞ daimi hərbi təhdiddən əl çəkməsə, Pxenyan suverenliyini və təhlükəsizliyini qorumaq üçün müdafiə qabiliyyətini gücləndirməyə, özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]