KXDR-İN 29 VƏTƏNDAŞI CƏNUBİ KOREYANIN PEKİN SƏFİRLİYİ NƏZDİNDƏKİ MƏKTƏBƏ SIĞINMIŞDIR
Bu hadisə KXDR-in 20 vətəndaşı sığınacaq almaq məqsədi ilə Koreya Respublikasının Pekindəki səfirliyinin konsulluq şöbəsinə daxil olan düz bir həftə sonra baş vermişdir.
Ümumiyyətlə, son vaxtlar Çində belə hadisələr tez-tez olur. Belə hallarda ÇXR rəhbərliyi qaçqınların Cənubi Koreyaya üçüncü ölkələr vasitəsilə getməsinə icazə verir. Yaponiyanın Çində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları KXDR-dən qaçan vətəndaşlara kömək edirlər. Lakin bu kömək çox vaxt ÇXR qanunlarına zidd olur. Çünki qanunvericiliyə görə, Şimali Koreyadan olan qaçqınlar qeyri-leqal immiqrantlardır və onlar həbs və deportasiya edilə bilərlər.
Koreya müharibəsinin başa çatdığı 1953-cü ildən bəri KXDR-in 5900-dən çox sakini yarımadanın cənubuna qaçmışdır. Qaçqınların əksəriyyəti Koreya Respublikasına Çin və ya Cənub-Şərqi Asiya ölkələri vasitəsilə keçirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:06]
Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb
- 05.10.2026 [11:29]