“Laçında olanda atəşkəsin pozulmasını müşahidə etdik” - Janie Coffey
Şuşa, 16 iyun, AZƏRTAC
Gözəl Şuşa tarixi ilə zəngin şəhərdir. Burada illərdir yurdundan uzaq düşən insanların taleyi haqqında öyrənmək çox üzücüdür.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında azad olunan torpaqlara səfər edən xarici səyyahlar qrupunun üzvü Janie Coffey deyib.
Janie Coffey bildirib ki, üçgünlük səyahət zamanı bu yerlər haqqında daha çox məlumat əldə edib.
“Dünən Laçına getdik, təəssüf ki, orada atəşkəsin pozulmasını müşahidə etdik”, -deyə səyyah bildirib.
O qeyd edib ki, Laçın şəhərinin də valehedici təbiəti var və orada aparılan sürətli yenidənqurma işləri onda xoş təəssürat yaradıb.
Qeyd edək ki, dünyanın 4 əsas səyahətçilər şəbəkəsindən biri sayılan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən heyəti Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:26]
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]
Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq
- 30.09.2026 [01:03]
Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb
- 29.09.2026 [20:54]