Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında qanunsuz məskunlaşma aparan Ermənistan buranın azad olunacağını təsəvvürünə belə gətirmirdi - ŞƏRH

Laçında qanunsuz məskunlaşma aparan Ermənistan buranın azad olunacağını təsəvvürünə belə gətirmirdi -  ŞƏRH

Bakı, 28 avqust, AZƏRTAC

Laçının işğalı böyük faciə idi. Çünki Laçın rayonunun işğalından sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında fiziki bağlantı yarandı. Bu da digər ərazilərimizin işğalı üçün Ermənistana imkanlar qazandırdı. Azərbaycan öz torpaqlarını 44 günlük Vətən müharibəsində işğaldan azad etsə də, Laçın şəhəri, Zabux və Sus kəndləri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən təxminən iki il sonra 2022-ci ilin avqustun 26-da nəzarətimizə keçdi. Ermənistan Laçında hərbi cinayətlər törədərək burada Qarabağla əlaqəsi olmayan Yaxın Şərqdən olan ermənilərin məskunlaşmasını aparmışdı. Amma dövlətimizin başçısının qətiyyəti və siyasi iradəsi sayəsində Laçın şəhəri, Zabux və Sus kəndləri Ermənistanın məskunlaşdırdığı ermənilərdən azad edildi. Laçın şəhəri, Zabux və Sus kəndləri bir il müddətində sürətlə inkişaf edib. İndiyədək Laçın rayonunda 254 ailənin, yəni, 992 nəfərin daimi məskunlaşması təmin edilib. Cəmi 8 ay ərzində Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulub bərpa etdirilərək müasir libasa bürünüb, burada laçınlıların xoşbəxt gələcəyi üçün bütün şərait yaradılıb. İlin sonuna qədər isə minlərlə laçınlı öz doğma yurdlarına qayıdacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Onun sözlərinə görə, müharibənin başa çatdığı 3 ilə yaxın bir dövrdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəfələrlə Laçına səfər etmələri bu rayonun sürətlə və keyfiyyətlə yenidən qurulmasına yol açıb. Dövlətimizin başçısının hər bir səfəri rayonun həyatına canlanma gətirib, təməli qoyulan və açılışları olunan çoxsaylı layihələrlə zəngin olub. Bu gün artıq Laçının 258 hektar ərazisində müasir standartlara cavab verən evlər yenidən inşa olunub. Şəhər infrastrukturu isə laçınlıların rahat yaşamasına və buraya gələcək qonaqların dincəlməsinə imkan verəcək. Öz doğma yurdlarına qayıdacaq insanlar üçün iş yerlərinin qabaqcadan açılması 31 il məcburi köçkünlük həyatına son qoyulmuş hər bir laçınlının firavan gələcəyinin təminatı deməkdir. Laçında yaradılan Aqro və Sənaye Parkında fəaliyyət göstərəcək 46 müəssisə laçınlıların işsizlik məsələsini həll etməklə yanaşı, rayonun iqtisadiyyatının yenidən sıçrayışlı inkişafına yol açacaq. Tikilən müasir yollar, Beynəlxalq Hava Limanı və şəhər infrastrukturu Laçın şəhəri, Zabux və Sus kəndlərini ən müasir səviyyəyə gətirir və buraya səfər edən hər kəsi valeh edir.

“Prezident İlham Əliyev cari ilin mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək demişdi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bəli, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə Laçın cənnətə çevrilib. Burada insanların firavan yaşaması üçün hər şey yüksək səviyyədə tikilir. Bu, həm də yenidən qurulan və bərpa olunan işğaldan azad edilmiş ərazilərimizin əyani təzahürüdür. Ermənistan və onun dayaqları işğaldan azad olunmuş ərazilərin yeni libas geyinməsini və sevinclə öz sakinlərini qarşıladığını görəndə mənəvi əzab çəkirlər.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib. Laçın şəhəri avqustun 26-da ermənilərdən azad olunduğundan bu tarix “Laçın Şəhəri Günü” kimi təsdiq olunub. Avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə laçınlıların yüksək əhvali-ruhiyyəsi ilə “Laçının Şəhər Günü”nün bayram keçirilməsi tarixi hadisədir. 31 il əvvəl gözü yaşlı öz doğma yurdlarını tərk edən laçınlılar artıq sevinclə öz doğma yurdlarına qayıdırlar və bayramlar keçirilər. Laçında musiqi sədaları ucalır və atəşfəşanlıq səsləri eşidilir. Laçınlılar bu günü həsrətlə gözləyirdilər. Laçında qeyri-qanuni məskunlaşma aparan Ermənistan buranın və digər ərazilərimizin azad olunacağını heç təsəvvürünə belə gətirə bilməzdi.

Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər ilə özünün 50 illik yubileyini qeyd edən Prezident İlham Əliyev Laçını azad edəcəyini və növbəti yubileyinin azad edilmiş ərazilərdə qeyd olunacağını bildirmişdi. Dövlətimizin başçısı öz sözünə əməl etdi və 60 illik yubileyini Şuşada keçirdi. Bu gün laçınlılar öz doğma yurdlarında şəhər gününü bayram edirlər. Bu, bir daha Azərbaycan Prezidentinin öz vədinə sadiqliyinin, həm də dövlətimizin gücünün göstəricisidir”, - deyə A.Badamov vurğulayıb.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən güclənən Azərbaycan dövləti öz haqq işini davam etdirir, bütün arzu və istəklərini reallaşdırır. Qarşımıza çoxlu maneələr çıxır və düşmənlərimiz bizə təzyiq göstərərək haqq işimizin qarşısını almağa çalışırlar. Ona görə də bizi danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad olunacağına inandırmağa çalışaraq erməni işğalını əbədiləşdirmək istəyirdilər. Amma Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun gücü sayəsində 30 il işğal altında saxlanılan torpaqlar 44 gündə döyüş meydanında azad olundu. O cümlədən cari ilin aprelin 23-də Həkəri çayı üzərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz gücünü bir daha nümayiş etdirdi. Bu gün artıq ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bütün sərhədboyu nəzarət-keçid məntəqələri yaratmaqla ölkəmizə giriş və çıxışlar icazəmizlə həyata keçirilir. Azərbaycan xalqının iradəsini heç kim sarsıda bilməz.

Dövlətimiz qurub-yaradır. İşğaldan azad olunmuş bütün ərazilər tikinti meydançasına çevrilib. Qarabağa və Şərqi Zəngəzura səfər edən hər kəsdə dağıdılıb talan olunan yaşayış məntəqələrimizi görəndə ermənilərin vəhşilikləri barəsində təsəvvür formalaşır. Amma ucalan yeni şəhər və kəndlərimizi, öz doğma yurdlarına qayıdan sakinləri, çəkilən müasir yolları, beynəlxalq hava limanlarını və ərsəyə gələn yeni-yeni müəssisələri görəndə Azərbaycan xalqının yaradıcı və qurucu olduğunu öz gözləri ilə görürlər”, - deyə deputat bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ