Latviya Futbol Liqasının prezidenti “Qarabağ”ın oyununa təyinat alıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hekken” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi və hakim-inspektoru açıqlanıb.
AZƏRTAC qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, matçın UEFA nümayəndəsi Latviya Futbol Liqasının prezidenti Maksim Krivunets olacaq.
Hakim-inspektor vəzifəsini isə xorvatiyalı Ante Vuçemiloviç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hekken” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. H qrupunda mübarizə aparan Ağdam təmsilçisi ilk turda Bakıda Norveçin “Molde” komandasını 1:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]