Latviyada koronavirusa yoluxanların sayı 589 nəfərə çatıb
Riqa, 10 aprel, AZƏRTAC
Son bir sutka ərzində Latviyada koronavirusa (COVID-19) yoluxanların sayı 12 nəfər artaraq 589-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 25 min 458 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19-a görə 1422 nəfərdən götürülən analizin 12-nin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna edilmir.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 3 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]