Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ləbbadələr, çəpkənlər, arxalıqlar... - Bakı Milli Geyim Evindən REPORTAJ

Bakı, 26 oktyabr, Abdulla Suvar, AZƏRTAC

Bakı Milli Geyim Evinin yeni ünvanını heç də asan tapmadıq. Elə tikdikləri milli geyimləri hər yerdə tapmaq mümkün olmadığı kimi. Burada hazırlanan geyimlər göydələnin alt qatında icarəyə götürdükləri yeni ofisə əl-əlvanlığı, rəngarəngliyi ilə xüsusi ab-hava gətirmişdi. Müxtəlif zərli parçalardan tikilən yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilmiş ləbbadələr göz oxşayırdı. Tirmə, darayı, məxmər, müxtəlif zərif parçalardan tikilən çəpkənləri demirəm hələ. Özünün forması, biçim tərzi, tikiş texnologiyası, parça materialının müxtəlifliyi ilə həmişə fərqli xüsusiyyətlər kəsb etmiş arxalıqlar da başqa aləm idi. Həm xarici, həm də yerli qonaqlara təqdim edilmək üçün nəzərdə tutulan, üzərində milli atributları özündə əks etdirən araqçınlar uzaqdan bərq vururdu. Azərbaycan xalqının mədəni tarixini yaşadan sənətkarlıq nümunələrindən biri kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən kəlağayılara da söz ola bilməzdi. Bir sözlə, bura Bakı Milli Geyim Evindən daha çox milli geyimlərimizin saxlanc yerini xatırladırdı.

Gəlişimiz təsadüfi deyildi. Belə ki, bu günlərdə Türkiyənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günləri” çərçivəsində açılan sərgilərdə Bakı Milli Geyim Evinin kolleksiyasından olan tarixi Azərbaycan geyimləri də nümayiş olunmuşdu. Qardaş ölkədə böyük maraqla qarşılanan əlbisələrin hazırlandığı Bakı Milli Geyim Evində görülən işlərlə biz də yaxından tanış olmaq istədik. Geyim evinin rəhbəri Könül Vəlibəyli AZƏRTAC-a gördükləri işlər, iştirak etdikləri sərgilər və qarşıdakı planlar barədə geniş məlumat verdi.

Müxtəlif ölkələrdə keçirilən mədəniyyət günlərinə tez-tez qatıldıqlarını söyləyən Könül xanım təəssüflə bildirir ki, dünyanı cənginə alan pandemiyadan sonra bu sərgilərdə iştirakları bir az səngiyib. Amma bu cansıxıcı zamanda o, boş dayanmayıb. Həmin ərəfədə özünü bir dizayner olaraq daha da inkişaf etdirmək qərarına gəlib. Pandemiyadakı boşluqdan istifadə edərək, bu sahədə axtarışlar aparmaq və yeni trendləri mənimsəmək üçün qardaş Türkiyəyə üz tutub. Hazırda Üsküdar Universitetində bu sahədə elmi iş üzərində çalışır.

“Dünyanın bir çox önəmli universitetlərində moda dizayn fakültələri ilə tanış olmuşam. Orada ən maraqlı məsələlərdən biri keçmişə qayıtmaq idi. Etnoklassik geyimin, bizim dildə desək, milli geyimin modanın kökünü təşkil etdiyini gördüm. Bizim nə qədər önəmli və ciddi işlə məşğul olduğumuzu ancaq o səfərlərdə anladım. Bu səfərlərimdə bir şeyi də öyrəndim ki, görülən bütün işlər işıqlandırılmalıdır, media vasitəsilə insanlara təqdim olunmalıdır”, - deyə o bildirib.

Danışdıqca üzünə təbəssüm qonur. Deyir ki, son illər milli geyimlərimizə tələbat artıb: “Həmişə milli geyimləri insanlar efirdə görürdü. Artıq bu tendensiya keçmişdə qalıb. İndi bağçadakı körpələr də, məktəbdəki şagirdlər də, universitetlərdəki tələbələr də milli geyimlərimizə maraq göstərirlər. Əvvəllər bu mümkün deyildi”.

Milli geyimə olan məhəbbətdən doğan fərqlilik

Fəaliyyət göstərdiyi 16 ilə yaxın dövr ərzində Bakı Milli Geyim Evi böyük inkişaf yolu keçib. Geyim evinin istər qurulmasında, istər inkişafında, istər cəmiyyətdə özünü təsdiq etməsində, istərsə də professional insanlar arasında özünü sevdirib qəbul etdirməsində çox böyük zəhmət dayanır. Bu illər ərzində çətinliklərə rəğmən, bir sıra çox önəmli uğurlar da əldə edilib. Dünyanın 100-dən çox ölkəsində sərgiləri, dəfilələri təşkil olunub.

Hazırda ölkəmizi dünyada tanıdan Azərbaycan Dövlət Rəqs Ansamblının bütün geyimləri Bakı Milli Geyim Evi tərəfindən hazırlanır. Amerikada səhnələşdirilən "Arşın mal alan" tamaşasının geyimləri də məhz bu geyim evi tərəfindən ərsəyə gətirilib.

“Bu on altı ildə hər il yeni kolleksiya hazırlamaq, hər il dəfilə keçirmək, Novruz bayramında 60-70-ə yaxın yeni geyimlər hazırlamaq, bütün televiziya aparıcılarını, məşhurları, xarici təşkilatlarımızı, səfirliklərimizi və əlbəttə ki, balaca balalarımızı milli geyimlə təmin etmək heç də asan məsələ deyil. Bütün bunlar təbii ki, bizə həm maddi, həm mənəvi, həm də fiziki baxımdan çox baha başa gəlir. Deyəndə ki, bütün bunları heç bir yardımsız, dəstəksiz, sırf öz gücümüzə etmişik, çoxları inanmaq istəmir. Bütün bu işlərin mayasında, qayəsində sənətə, milli köklərə təmənnasız sevgi dayanır. Milli geyimlərimizə olan məhəbbətimiz də bizim fərqliliyimizdir ki, biz bununla həm sevdiyimiz işlə məşğul oluruq, həm də tariximizə, kökümüzə bağlılığımızı qoruyur, onu bacardığımız qədər təbliğ edirik”,- deyə həmsöhbətim bildirib.

“Ənənədən gələcəyə” devizindən yaranan milli brend

Keçmişimizdən gələn ənənələrimizi, geyimlərimizi gələcək nəsillərə ötürməyi qarşısına məqsəd qoyan geyim evinin elə ilk gündən devizi "Ənənədən gələcəyə" olub. Məhz onların ən böyük uğuru da bu devizin dünyada bir marka olması ilə yadda qalıb. Bu, olduqca çətin bir iş olsa da, onlar bunu bacarıb. Sözsüz ki, bu işdə çəkilən zəhmətin böyük rolu var.

Geyim evinin nəzdində fəaliyyət göstərən təcrübə mərkəzi ilə tanışlıq zamanı burada gənclər tərəfindən hazırlanan eskizlərə, əl işlərinə, milli geyim maketlərinə marağımızı görən Könül xanım deyir: “Bizim ən böyük uğurumuz ənənəni yaşatmaqdan əlavə, buranı bir məktəbə çevirməyi bacarmağımızdır. Hazırda Azərbaycan Dövlət Milli İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də bir neçə peşə məktəbi ilə rəsmi əməkdaşlığımız var. Belə ki, gənclər gəlib bizim mərkəzdə təcrübə keçir, moda dünyasının yenilikləri ilə tanış olur, dizayn sənətinin sirlərini mənimsəyirlər. Burada onlara milli naxışlarımızı, kəsimlərimizi, xalça naxışlarımızı öyrədirik, həmçinin onlar üçün ustad dərsləri təşkil edirik. Gənclər bu sənəti mənimsədikdən sonra bəzən öz işlərini, öz markalarını yaradırlar. Bakı Milli Geyim Evində bu illər ərzində çox gənclər yetişdi, çox cavanlarımız burada özünü, imzasını tapdı. Biz onlara geniş şərait yaratdıq ki, burada öz kolleksiyalarını hazırlaya bilsinlər. Bizim geyim evinin qapısı istedadlı gənclərin üzünə hər zaman açıqdır”.

Bursa parçasından hazırlanan zərif geyimlər

Bir milli geyimi hazırlamaq çox böyük parçalar, daş-qaşlar, muncuqlar, aksesuarlar tələb edir. Bunların hamısı, əlbəttə, maddiyyata bağlıdır. Bir kolleksiya üçün isə ən azından 10-12 geyim hazırlanmalıdır. Materialdan əlavə, buraya işçi qüvvəsi də lazımdır.

Aksesuarları Türkiyədən alırlar, burada tikilən milli geyimlər isə Bursa parçalarından biçilir.

Geyim evində Azərbaycanın 7-8 bölgəsinin milli geyimlərinin olduğunu söyləyən həmsöhbətim bunların hamısının bir-birindən fərqləndiyini bildirir: “Bu gün ofisimizdə 100-dən çox milli geyim var və hər 3 aydan bir yeni kolleksiya hazırlayırıq. Buradan Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək mümkündür. Biz Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, eləcə də özbək, qırğız, qazax, türkmən milli geyimləri də hazırlamışıq. Biz əsasən sifariş olanda bunları tikirik. Çünki bizim onu tikib icarəyə verməyə, saxlamağa imkanımız yoxdur, bunun maliyyələşməsi çətindir”.

İndi geyim evinin ən böyük planlarından biri İçərişəhərdə balaca bir satış mağazası açmaqdır. “Bu, çox vacibdir. Bu, bizə imkan verər ki, hazırladığımız məhsulları sata bilək. Biz kütləvi səhnə geyimi, rəqs ansamblının geyimlərini hazırlayırıq. Həm də ən böyük istəyimiz artıq bir marka olaraq öz geyimlərimizi dünyaya çıxarmaqdır. Bu da bir layihə kimi hazırlanır. Burada sırf Azərbaycan milli geyimindən deyil, etnoproqramdan söhbət gedir. Artıq müəyyən qədər bu istəyimizi də reallaşdırmağı bacarmışıq. Aksesuarlardan rahat şəkildə dəfiləmizdə istifadə etmək mənim ən böyük istəklərimdən biridir. Gələcəkdə bu sahənin inkişafını da arzulayardım”, - deyə Könül xanım əlavə edir.

Kiçik kollektivlə böyük uğur

Tarixi keçmişimizi, usta sənətkarlarımızın məharətini, milli ruhumuzu özündə daşıyan qədim geyimlərimiz əl əməyinin, göz nurunun məhsuludur. Azərbaycan qadınının zərifliyi və gözəlliyinin göstəricisi olan geyim dəstlərinə, tikilişi ilə gözoxşayan kişi və uşaq geyimlərinə baxdıqca zövq alırsan. Bir doğmalıq duyursan. Axı, bu geyimlərə ana-nənələrimizin, at belində qəhrəmanlıq göstərən ata-babalarımızın ruhu hopub. Gözoxşayan bu libaslar geyim evinin tikiş sexində hazırlanır. Burada çalışan işçilər gəlişimizdən xəbərdar olsalar da, öz işlərindən bir an da olsun ayrılmadılar. Görünür, belə vaxtsız qonaqları çox görüblər. Burada hazırlanan zərif libasların hər biri Maya Hümbətova, Leyla Ağamalıyeva və Firuzə Məmmədovanın göz nuru, alın təri, incə zövqü, dəqiq biçimi sayəsində bu qədər sevilir, bəyənilir. Bəzən onlar 24 saat dayanmadan işləyirlər. Gecələrini gündüzlərinə qataraq sifarişçinin məmnun qalması və məhsulu vaxtında çatdırmaq üçün vaxtın necə gəlib keçdiyindən belə xəbərsiz olurlar.

Əsrdən-əsrə, nəsildən-nəslə keçərək qorunan geyimlərimizdə bədii bəzək naxışları, toxuculuq, bədii tikmə və xalq yaradıcılığının müxtəlif növləri öz əksini tapıb. Həmçinin milli geyimlərimiz sahibinin ailə vəziyyətini və yaşını hansı təbəqəyə mənsub olduğunu öyrənmək kimi əlamətləri də özündə əks etdirib. Azərbaycanda, adətən subay qızların geyimləri evli qadınların geyimlərindən seçilərdi. Cavan qızlar daha dəbdəbəli və parlaq geyinərdilər. Qadın üst geyimlərinə daxil olan ipək parçadan hazırlanmış çəpkən, beli ensiz, incəlik rəmzi arxalıqlar, tirmədən və məxmərdən tikilmiş al-əlvan küləcə, ləbbadə və baharılar qadın gözəlliyinə əlavə çalar qatırdı. Geyim evinin kiçik kollektivi bunları olduğu kimi təqdim etməyə çalışır. Ancaq yenilik yeni parçalarda, aksesuarlarda, kəsimlərdə, naxışda, nəfəsdədir. Klassikanı, ənənəni, keçmişin nəfəsini yaşatmaq çox önəmlidir.

Bakı Milli Geyim Evinin ən böyük dəstəkçiləri xaricdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzləri, Mədəniyyət Nazirliyi, xaricdəki səfirliklərimiz və dünyaya səpələnmiş milli ruhu yaşadan soydaşlarımızdır.

Zərifliyi ilə hamının marağına səbəb olan Şuşa qadın geyimləri

Bakı Milli Geyim Evinin kolleksiyasında önəmli yer tutan geyimlərdən biri də Şuşa-Qarabağ geyimləridir. Kollektiv 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Zəfərimizə, eləcə də 2022-ci il “Şuşa İli”nə ithaf olaraq Qarabağ və Şuşanın yeni geyimləri, araqçınları hazırlayıb. Xüsusilə buradakı Şuşa qadın geyimləri zərifliyi, incəliyi, gözəlliyi ilə göz oxşayır.

Könül xanım deyir: “Bizim uğurlu layihələrimizdən biri də 44 günlük Vətən müharibəsinə həsr olunmuş Qarabağ və Şuşanın yeni geyimlərinin, araqçınlarının hazırlanması oldu. Bu, mənim ən böyük arzum idi. Hər dəfə sərgilərdə iştirak edəndə, yeni kolleksiyalar üzərində işləyəndə bunu düşünürdüm və ürəyimdə bir nisgil kimi qalmışdı. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Bu sevinc illərlə ürəyimdə gəzdirdiyim arzunun reallaşması üçün bir təkan oldu və böyük həvəslə işə başladıq. Bütün kolleksiyanı Qarabağa həsr etdik. Bu kolleksiyanı Daş Salnamə Muzeyində təqdim etdik və böyük maraqla qarşılandı. Yeri gəlmişkən, onu da deyim ki, hər il Şuşada keçirilən “Xarıbülbül” festivalının çıxışçılarını bizim geyimlər bəzəyir.

Onun sözlərinə görə, həmin sərgidən sonra bu geyimlərlə maraqlanan çox olub. Çünki bu libasların dünyada tayı-bərabəri yoxdur.

Bu il sərgi aça və dəfilə təqdim edə bilməmələrini təəssüf hissi ilə qeyd edən geyim evinin rəhbəri deyir ki, buna işlərinin çoxluğundan vaxt ayıra bilməyiblər: “İnşallah, 2025-ci ildə Novruz bayramı günlərində “Ənənədən gələcəyə” devizi altında Bakıda bütöv Azərbaycana həsr olunmuş sərgi təşkil edəcəyik. Buna ciddi hazırlaşırıq. Həm də gələn ilin əvvəlində Azərbaycan milli geyimlərini Almaniyada sərgiləyəcəyik”.

Azərbaycan qadınının zərifliyinin, gözəlliyinin, Azərbaycan kişisinin cəsarətinin, ləyaqətinin göstəricisi olan milli geyimlərimizi qoruyan və onu gələcəyə olduğu kimi çatdırmağa çalışan Bakı Milli Geyim Evində gördüyümüz rəngarəng libaslar sanki zövqümüzə də bir yenilik gətirdi. Fotomüxbirimiz Səfiyar Məcnunla birgə fürsətdən istifadə edib köhnə kişilərin geydiyi əlbisələrdə yadigar bir foto çəkdirib, onlara uğurlar arzulayaraq sağollaşdıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans VİDEO

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans VİDEO

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub VİDEO

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub VİDEO

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqaviləsinin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb