Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lenindən Bakı haqqında ölüm hökmü

V.İ.Lenin: Siz Terə bir daha çatdıra bilərsinizmi ki, o, hücum vaxtı Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlasın

Bakı, 2 may, AZƏRTAC

Beynəlxalq terrora qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Rövşən Vəlizadə arxivlərdə araşdırma apararkən V.İ.Leninin naməlum bir şəxslə yazışmasını üzə çıxarıb. Onun AZƏRTAC-a təqdim etdiyi arxiv sənədini Bakı haqqında ölüm hökmü adlandırmaq olar. Yüz il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənəddən belə məlum olur ki, bolşeviklərin lideri ermənilərlə əlbir olub Bakının neft mədənlərini yandırmaq planı hazırlayıbmış.

AZƏRTAC həmin yazışmanı olduğu kimi təqdim edir.

Şəxsiyyəti müəyyən edilməyənlə yazışma

5 iyun, 1918-ci il

Şəxsiyyəti müəyyən edilməyənin qeydi

Məsələ təcilidir - Ter-Qabrielyan gözləyir, onu isə qatar gözləyir.

V.İ.Leninin qeydi

Necə? O hələ getməyib?1

Mən artıq ona bir vəsiqə imzaladım2.

Siz Terə bir daha çatdıra bilərsinizmi ki, o, hücum vaxtı Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlasın3

Fond 2, siyahı 1, qovluq 27142 - avtoqraflar

1 S.M.Ter-Qabrielyan təyin edilən gün getmədi, çünki Dövlət Bankında pulu ala bilməmişdi. 1918-ci il iyunun 5-də Ali Xalq Təsərrüfatı Şurasının sədri A.İ.Rıkov bu barədə Xalq Komissarları Sovetində məlumat verdi və qərar layihəsini təqdim etdi: “Səhər saat 10-dan gec olmayaraq Dövlət Bankının Moskva İdarəsinə göndərilsin” (Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi (РЦХИДНИ), fond 19, siyahı 1, qovluq 132, vərəq 5). Beləliklə, Ter-Qabrielyan pulu yalnız iyunun 6-da səhər ala bilər və sonra Moskvadan çıxa bilərdi. V.İ.Lenin növbəti qərarı imzaladı: “Xalq Komissarları Soveti qərara aldı: Dövlət Bankının Moskva Kontoruna Ter-Qabrielyana nağd olaraq 50 milyon (50 000 000) rubl verilməsi tapşırılsın, onun iyirmi beş milyonu (25 000 000) 250 rubldan az olmayan xırda əskinaslarla verilsin. Bu məbləğ Ali Xalq Təsərrüfatı Şurasının yanacaq şöbəsinin hesabına aid edilsin.

5 iyun 1918-ci il
Xalq Komissarları Sovetinin sədri V.Ulyanov (Lenin)”
(Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi, fond 2, siyahı 1, qovluq 6212).

 

2 Ter-Qabrielyana belə bir vəsiqə verildi: “Onu təqdim edənlərə - Ali Xalq Təsərrüfatı Şurası yanında Baş Neft Komitəsinin üzvü Saak Mirzoyeviç Ter-Qabrielyan və Mərkəzi Hərbi-Texniki İdarənin komissarı Aleksandr Aleksandroviç Kvyatkovski neft və onun məhsullarının su və dəmir yolu nəqliyyatı ilə Bakı, Qroznı, Yekaterinodar, Novorossiysk şəhərlərindən və Embinsk rayonundan Ali Xalq Təsərrüfatı Şurası yanında Baş Neft Komitəsinin və onun nefti yerlərdə bölüşdürən agentlərinin müəyyən etdiyi yerlərə göndərilməsini təşkil etmək və işə rəhbərlik etmək üçün Rusiya Sovet Federativ Respublikası Xalq Komissarları Soveti tərəfindən səlahiyyətləndirilib.

Bu nəzərə alınaraq, sovet orqanlarına və sərəncamında qüvvə və vasitələr olan idarələrin üzərinə Ter-Qabrielyanın və Kvyatkovskinin onlara verəcəyi tapşırıqları icra etmək, bu şəxslərə tam və hərtərəfli kömək göstərmək, maye yanacağın təyinat yerinə dərhal çatdırılması ilə bağlı məsələlərdə onların göstərişlərini rəhbər tutmaq öhdəliyi qoyulur”.

Xalq Komissarları Sovetinin sədri V.Ulyanov (Lenin)
                Xalq yollar komissarı P.Kobozev
Baş Neft Komitəsinin sədri N.Solovyov,
Xalq Komissarları Sovetinin işlər müdiri Vlad. Bonç-Bruyeviç
Katib N.Qorbunov
(Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi,
fond 2, siyahı 1, qovluq 6192).

3 Görünür, V.İ.Lenin neft mədənlərini yandırmaq niyyəti barədə elanın ingilislərin və türklərin Bakının işğalından imtina etməsinə gətirib çıxaracağına ümid bəsləyirdi. Lakin bunlar baş verdi: iyulun 25-də menşevik, eser, müsavatçı və daşnakların təzyiqi ilə Bakı Soveti ingilis qoşunlarının dəstlərini Bakıya dəvət etmək barədə qərar qəbul etdi. İyulun 31-də Bakıda sovet hakimiyyəti süqut etdi, avqustun 4-də ingilis dəstələri şəhəri işğal etdilər.

R.Vəlizadənin şərhi: aparılan tədqiqatlara görə, 1918-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın hökumət və dövlət strukturlarında, dini qurumlarında 18 min 470 erməni işləyirdi. Həmin vaxt respublikada separatizmlə məşğul olan 100-dən çox erməni-millətçi və terrorçu təşkilatları fəaliyyət göstərirdi. Təkcə Bakıda irili-xırdalı 49 erməni təşkilatı vardı. Əksəriyyəti separatçılıq fəaliyyəti ilə məşğul olan bu təşkilatlar bolşevik Rusiyası ilə açıq əlaqə saxlayırdı. Sovet Rusiyasının təhlükəsizlik orqanlarında bilavasitə erməni qruplarını ideoloji və maliyyə cəhətdən silahlandırmaq üçün 100-dək yeni iş yeri açılmışdı. Azərbaycana qarşı, sözün əsl mənasında, genetik bir müharibə başlanmışdı. Ölkədə fevral-mart aylarında doğum evlərində baş verən kütləvi zəhərlənmə nəticəsində bir gündə 68 uşaq tələf olmuşdu. Amma bununla bağlı nə mətbuat yazır, nə də hüquq mühafizə orqanlarına adi bir şikayət belə edilmirdi.

Həmin vaxt ermənilərin daha bir məkrli planını - V.İ.Leninin əli ilə neft Bakısını yandırmaq niyyətini təsdiqləyən sənəd indi qarşımızdadır. Uzun müddət gizli saxlanılan və məxfi qovluqlarda qorunan, yüz illik tarixi olan bu sənəd Bakıya qarşı yönəlmiş erməni-bolşevik terroru barədə danılmaz sübutlardan biridir. O vaxt Xalq Komissarlar Sovetinin sədri V.Ulyanovun (V.İ.Leninin) himayəsi ilə Bakının neft mədənlərini yandırmaq planı icra olunmalı idi. Bu missiya Rusiyanın Neft Komitəsi adlandırılan qondarma bir quruma başçılıq edən, Moskvada böyük nüfuz sahibi olan adamların yanında öz “əxlaqi dəyərləri ilə” seçilən Saak Mirzoyeviç Ter-Qabrielyan və onun 14 nəfərlik terrorçu dəstəsinə həvalə edilmişdi.

Göründüyü kimi, bu qorxunc planın qarşısı tarixin qəfil dönüşü sayəsində alındı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub