Lənkəran rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar nəticəsində 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]