REGİONLAR
Lənkəran sakinlərindən "Kalaşnikov" avtomatı və 10 ədəd ov silahı götürülüb


Lənkəran, 4 dekabr, AZƏRTAC
Lənkəran sakinlərindən "Kalaşnikov" avtomatı və 10 ədəd ov silahı götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Polis əməkdaşları tərəfindən rayon sakinlərindən 1 ədəd “AKM” markalı avtomat, həmin silaha aid 1 ədəd patron darağı, 17 ədəd patron və 10 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.