Lənkəran şəhər Mədəniyyət Mərkəzində seminar-müşavirə keçirilib
Bakı, 29 aprel, AZƏRATC
Lənkəran şəhər Mədəniyyət Mərkəzində illik qrafik üzrə seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Mədəniyyət Mərkəzinin bütün filial rəhbərləri və əməkdaşları iştirak ediblər.
Seminar-müşavirənin sədri Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev aprel ayı ərzində görülən işlər barədə danışıb.
Ay ərzində fərqlənən əməkdaşlara öz təşəkkürünü bildirib. Həmçinin, aparılan monitorinqlərin nəticələri barədə ətraflı məlumat verib.
Sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Habil Əliyev əməkdaşlara mədəni-kütləvi tədbirlərin keçirilmə mexanizmi və sənədləşmə işləri barədə geniş metodiki tövsiyələr verib. May ayında qarşıda duran vəzifələr barəsində müvafiq tapşırıqlar verilib.
Sonda seminar iştirakçılarına fəxri fərmanlar təqdim olunub.