CƏMİYYƏT
Lənkəranda iki nəfərin odlu silahla qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonunun Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat verilib.
Lənkəran Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətmiş şəxsin müəyyənləşdirilərək tutulub istintaqa cəlb olunması istiqamətində intensiv zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]