LƏNKƏRANDA PARLAMENT SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Zeynal Nağdəliyev Prezident İlham Əliyevin müşavirədəki nitqinin əsas müddəaları barədə iştirakçılara məlumat vermiş, Parlament seçkilərinin azad, ədalətli və demokratik şəkildə keçirilməsini təmin etmək üçün ölkəmizin başçısının tövsiyə və tapşırıqlarını diqqətə çatdırmışdır.
Seçki kampaniyasına hazırlıq işlərində yerli icra strukturlarının hüquq və səlahiyyətlərini vurğulayan icra başçısı, qarşıda duran vəzifələrdən danışmış, tapşırıqlar vermişdir.