Lerikdə avtomobil dərəyə aşıb, 4 nəfər xəsarət alıb
Lerik, 28 iyun, AZƏRTAC
Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran–Lerik magistral avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı hündürlükdən dərəyə aşıb. Dərəyə yuvarlanan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində sürücü Elnur Qurbanlı, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, onların 5 yaşlı övladı və 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - İlkin Adıyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:29]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:01]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [18:07]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:01]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [17:36]
Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]