Leyla Həsənova: Uşaq və gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə əsas rol oynaması vacibdir
Bakı, 11 noyabr, AZƏRTAC
Uşaq və gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə əsas rol oynaması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova COP29-un birinci günündə Azərbaycan hökumətinin Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalaması mərasimindən sonra keçirilən tədbirdə çıxışında deyib.
Leyla Həsənova iqlim tədbirlərində gənclərin rolunun nəzərə alınmasının vacibliyini vurğulayaraq, qəbul edilən qərarların hazırkı və gələcək nəsillərə təsirini düşünməyə çağırıb. O deyib ki, bu prosesdə ilk addım kimi bəyannamənin imzalanması vacibdir və yaxın həftələrdə gənclər üçün iqlim tədbirlərini dəstəkləyən yeni imkanlar olacaq: “Biz iqlim maliyyələşməsinin uşaqlar və gənclər üçün işləməsini təmin etməliyik. Yeni iqlim maliyyəsi vəsaitlərinin ayrılmasını nəzərdən keçirərkən, bunun iqlim dəyişikliyindən ən çox əziyyət çəkən, iqlim dəyişikliyinin ön cəbhəsində olan gənclərə çatmasını təmin etməyin yollarını düşünməyi xahiş edirəm”, - deyə Leyla Həsənova bildirib.
O deyib ki, Azərbaycan bu bəyannaməni imzalamaqla uşaq və gənclərin xüsusi diqqət mərkəzində saxlanması barədə hamıya mühüm mesaj verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]