Litvada ukraynalı qaçqınlara 176 avro birdəfəlik müavinət veriləcək
Bakı, 30 oktyabr, AZƏRTAC
Ukraynadan Litvaya gələn qaçqınlar 176 avro məbləğində birdəfəlik müavinət alacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Vilnüs bürosu məlumat yayıb.
“Ukraynadan Litvaya gələn qaçqınların sayı son vaxtlar nəzərəçarpacaq dərəcədə azalıb, lakin ölkəyə yeni gələnlərin ilk maliyyə dəstəyinə ehtiyacı olur. Buna görə də onlar 176 avro məbləğində birdəfəlik müavinət alacaqlar”, - deyə məlumatda bildirilir.
Müavinət Ukraynadan Litvaya ilk dəfə gələn şəxslərə, o cümlədən Avropa İttifaqı sərhədini 40 gündən tez olmayaraq keçən üçüncü ölkə vətəndaşlarına veriləcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Litvaya 91 min ukraynalı qaçqın gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]