Litvanın qızlardan ibarət güləş komandası Bakıya gəlir
Vilnüs, 18 iyul, AZƏRTAC
Litvanın gənc qızlardan ibarət güləş komandası 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün iyulun 18-də Bakıya yola düşür.
AZƏRTAC xəbər verir ki, Litva komandası məşqçilər Ayvaras Kaselis və Tatyana Noxanın rəhbərliyi altında 5 idmançı ilə beş çəki dərəcəsi üzrə yarışlara qatılacaq. Bakıda iyulun 21-dən 27-dək davam edəcək yarışlardan sonra komanda Litvaya iyulun 28-də qayıdacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs