LİVİYA ETİRAZ ƏLAMƏTİ OLARAQ ÖZÜNÜ DÜNYADAN TƏCRİD ETMİŞDİR
Oktyabrın 26-da xaricdən zəng edən adamların eşitdikləri məlumatda ərəb və ingilis dillərində deyilirdi ki, italyanların Liviya xalqına qarşı törətdikləri dəhşətli cinayətləri pisləmək məqsədi ilə saat 18-ə qədər əlaqə kəsilmişdir.
Bundan əlavə, İtaliyanın “Repubblika” qəzetinin məlumatına görə, hava və dəniz rabitəsi də pozulmuşdur.
1911-ci ilin oktyabrında İtaliya Liviyanı Osmanlı İmperiyasından zorla qoparmış və liviyalıların arası kəsilməyən müqavimətinə baxmayaraq, İkinci Dünya müharibəsinədək ölkənin işğalını davam etdirmişdir. Liviya yalnız 1951-ci ildə müstəqillik qazanmışdır.
1990-cı illərdə iki ölkə arasında münasibətlər bir qədər yaxşılaşmışdır, lakin Liviya, əvvəlki kimi, vaxtilə baş vermiş hadisələri tarixi ədalətsizlik adlandırır və Romadan xahiş edir ki, 6 milyard avro dəyərində avtomobil yolu çəksin.