Liviyanın daha bir neft şirkəti hasilatı azaldır
Bakı, 22 aprel, AZƏRTAC
Liviyadakı milli neft şirkətləri gündəlik neft hasilatının bu həftə təxminən 100 min barel azalacağını bildirib. Bu, ölkədəki büdcə böhranının OPEC üzvlərinin enerji sektorunu təhdid etdiyindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, “Sirte Oil” əsas şirkəti olan “National Oil Company”yə açıqlama verərək 72 saat ərzində hasilatı azaltmaq və tamamilə dayandırmaq məcburiyyətində qaldıqlarını bildirib. Şirkət kritik maliyyə vəziyyətini, öhdəliklərini yerinə yetirə bilməməsini və borc yükünü əsas gətirib.
Liviyanın enerji naziri Məhəmməd Oun “Bloomberg”ə hökumətin “National Oil Company” şirkətinə 234 milyon dollar köçürəcəyini bildirib.
Qeyd edək ki, “Sirte Oil” keçən həftədən indiyədək istehsalını azaldan ikinci şirkət olub. “Arabian Gulf Oil” də gündəlik istehsalını təxminən 90 faiz azaldaraq 280 min barelə endirmişdi.
İstehsal məhdudiyyətləri səbəbindən Liviyanın gündəlik neft hasilatı aylar sonra ilk dəfə 1 milyon bareldən aşağı düşüb.
Büdcə məsələsi ölkədə neft hasilatını risk altına alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]